Depozit kalkulyatoru

Depozit
Faizlərin alınması
Müddət
ay
Məbləğ
İllik faiz dərəcəsi
0
%
Ümumi müddət ərzində faizlər
0
AZN
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar (yalnız Bank of Bakuya məxsus ATM və POS-larda istifadə üçün nəzərdə tutulmuşdur)
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)
Bütün depozitlər

«Dinamik» əmanəti

Min. məbləğ100 AZN/USD/EUR
Maks. məbləğməhdudiyyət yoxdur
Əmanətin müddəti6 aydan 24 ayadək
Daha ətraflı Faiz cədvəli

Əmanət müddətinin yarısınadək artırılması imkanı

Əmanətin vaxtından əvvəl çıxarılan və ya azaldılan hissəsi üzrə müəyyən faizlərin verilməsi

Depozit kalkulyatoru
Depozit şərtləri

Əmanətin valyutası

AZN/USD/EUR

Müddət

6 aydan 24 ayadək (USD valyutasında müddət 6 aydan, EUR valyutalarında müddət 12 aydan başlayaraq)

Faizlərin ödənilməsi

Aylıq, müddətin sonunda

01-11 Yanvar 2015-ci il tarixlərində fiziki şəxslərin əmanətləri üzrə əldə edilən faiz gəlirlərinə ödəniş mənbəyindən vergi istisnasız olaraq, 11 yanvar 2015-ci il tarixdən 1 fevral 2016-cı il tarixədək hesablanmış faizlərin onların ödənilmə tarixindən asılı olmayaraq illik 500 manatdan yuxarı hissəsindən ödəmə mənbəyindən 10 faiz dərəcə ilə vergi tətbiq olunur. 1 fevral 2016-cı il tarixdən etibarən fiziki şəxslərin əmanətləri üzrə hesablanmış faizlər isə 3 (üç) il müddətinə gəlir vergisindən azad olunur.

Əmanətin ilkin məbləği

100 AZN/USD/EUR

Əmanətin maksimal məbləği

məhdudiyyət yoxdur

Faiz dərəcəsi

AZN valyutasında: min 10% - maks. 15%

USD valyutasında: 2.5%

EUR valyutasında: 2.5%

Əmanətin artırılması

Mümkündür:
- Əmanətin müddətinin yarısından sonra artırılmasına icazə verilmir. Əlavələrə əmanətin artırıldığı dövrdə xidmət tarifləri və şərtlərində eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə faizlərin aylıq ödənilməsi şərtilə müqavilədə göstərilən faiz dərəcəsi tətbiq edilir. Artırılan məbləğin minimumu 100 AZN/USD/EUR.

29.05.2015-ci il tarixdən etibarən USD və EUR valyutasında cəlb edilmiş və prolonqasiya edilən əmanətlərin artırılması mümkün deyil.

Əmanətin azaldılması

İcazə verilir. Azaldılan məbləğin minimumu - 100 AZN/USD/EUR.

Əlavə üstünlüklər

Əmanət məbləği 1000 AZN/USD/EUR-ya bərabər və ya artıq olduqda müştəriyə pulsuz VISA Deposit tipli əmanət kartı verilir, əmanət məbləği minimum 10000 AZN/USD/EUR və həmin əmanətin müddəti minimum 12 ay olduqda isə pulsuz VISA Gold tipli əmanət kartı verilir. Əmanət kartı əmanətin bitməsinə N ay qaldıqda, N+1 ay müddətinə verilir.

Qeyd: Əmanətə bağlı hər hansı bir kart olduğu halda, faizlər mütləq şəkildə kart hesabına keçirilir.

Əmanətə bağlı kredit şərtləri

Siz əmanətinizə bağlı nağd kredit və ya kredit xətti əldə edə bilərsiniz. Kredit xəttinin minimal məbləği 1000 AZN/USD, nağd ayrılmış kreditin minimal məbləği 500 AZN/USD-dir, kredit xəttinin və ya nağd ayrılmış kreditin maksimal məbləğləri isə 100000 AZN/USD-yə bərabərdir. Nağd kredit / kredit xəttinin valyutası əmanətin valyutası ilə eynidir. Əmanətə bağlı ayrılan nağd kredit və ya kredit xəttinin məbləği AZN valyutasında yerləşdirilən əmanətlər üzrə əmanət qalığının maksimum 70%-i, USD valyutasında yerləşdirilən əmanətlər üzrə isə əmanət qalığının maksimum 80%-i qədər ola bilər. Nağd kredit və ya kredit xətti üzrə illik faiz dərəcəsi AZN valyutasında yerləşdirilən əmanətlər üzrə əmanətin faiz dərərəcəsi +3%, USD valyutasında yerləşdirilən əmanətlər üzrə isə əmanətin faiz dərərəcəsi müştərinin USD valyutasında mövcud olan əmanətlərin qalıq məbləğlərindən və əmanətin cəlbetmə faiz dərəcəsindən aslı olaraq aşağıdakı cədvələ əsasən təyin edilir.

Müştərinin USD valyutasında mövcud olan bütün əmanətlərinə bağlı kreditlər üzrə (limitlərinin) qalıqların cəmiƏmanət üzrə cəlb etmə faizi 10 %-dən aşağı olduqdaƏmanət üzrə cəlbetmə faizi 10% və yuxarı olduqda
<10 000 dək (10000 daxil deyil) olduqdaCəlbetmə faizi+3,00%Cəlbetmə faizi+2,50%
10 000-dən – 49 999-dək olduqdaCəlbetmə faizi+2,50%Cəlbetmə faizi+1,50%
50 000-dən – 99 999-dək olduqdaCəlbetmə faizi+2,25%Cəlbetmə faizi+1,00%
100 000 və daha yuxarı olduqdaCəlbetmə faizi+2,00%Cəlbetmə faizi+0,050%



Əmanətə bağlı kreditlər üzrə kampaniyaya.

14.06.2016-cı il tarixdən Əmanətə bağlı kreditlər üzrə aşağıdakı şərtər ilə kampaniyaya start verilir.

USD valyutasında olan əmanətlərə bağlı USD valyutasında komissiyasız nağd kredit:

- Əmanət üzrə cəlb etmə faiz dərəcəsi 10% və daha yuxarı olduqda kreditin rəsmiləşdirilməsi zamanı nağdlaşdırma komissiyası tutulmur.

Əmanətin vaxtından əvvəl çıxarılması

- Vaxtından əvvəl çıxarılan əmanətlər və ya əmanətin azaldılan hissəsi üçün, faizlər aşağıda göstərilən düstura əsasən hesablanır:Qaytarılan məbləğə və ya azaldılan hissəyə ödənilən faizlər (bundan sonra «F») yenidən aşağıdakı düstur əsasında hesablanır: F = S * (R * (N -1) / 360) * (N - 1) / T Burada işarələr aşağıdakıları bildirir: S - əmanətin azaldılan hissəsi (əgər əmanət tam çıxarılmırsa); R - Müqavilənin faiz dərəcəsi; N - Müqavilənin bağlandığı tarixdən başlayaraq azaldılma aparılan tarixədək keçən günlərin sayı; T - əmanət müddəti günlərlə.

Avtoprolongasiya

Əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə faizlərin aylıq ödənilməsi şərtilə eyni müddətə uzadılır. Analoji məhsul olmadıqda, faiz dərəcələri Bankın xidmət tarifləri və şərtləri ilə tənzimlənir

Müştəri pulsuz hər hansı kart aldıqda və əlavə olaraq digər kart üçün müraciət etdikdə, əlavə kart qüvvədə olan komissiyalar tutulmaqla verilə bilər. 

Qeyd: Müştərinin bütün əmanətləri üzrə qalıq məbləğlərinin cəmi 500,000 ş.v.-i növbəti əlavə ediləcək əmanət məbləğilə keçəcəyi halda, həmin məbləğ üzrə illik faiz dərəcəsi Bank tərəfindən birtərəfli qaydada dəyişdirilərək, tariflərdə göstərilən faiz dərəcələrindən fərqli kimi təyin oluna bilər.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası 16 sentyabr 2016-cı il tarixli növbədənkənar iclasında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət palatası və Mərkəzi Bankı ilə razılaşdırmaqla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 16 Sentyabr 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 (üç) faiz saxlanması, milli valyutada qorunan əmanətlər üzrə isə illik faiz dərəcəsinin yuxarı həddinin 15 (on beş) faizə qaldırılması barədə qərar qəbul etmişdir.

Əlavə olaraq qeyd etmək istəyirik ki, 16 sentyabr 2016-cı il tarixinə qədər iştirakçı banklarda illik maksimum 15 faizlə qəbul olunmuş əmanətlər də, 16 sentyabr 2016-cı il tarixdən etibarən qorunan əmanət hesab olunur və Fond tərəfindən sığortalanır.

01 mart 2016-cı il tarixdən etibarən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

Faiz cədvəli

 

Əmanətin müddətiFaizlər aylıq ödənilirsəFaizlər müddətin sonunda ödənilirsə
 AZNUSDEURAZNUSDEUR
1------
2------
3------
4------
5------
610,00%--11,00%1,50%-
710,50%--11,50%--
811,00%--12,00%--
911,50%--12,50%--
1012,00%--13,00%--
1112,50%--13,50%--
1215,00%2,00%2,50%15,00%2,00%2,50%
13--2,50%--2,50%
14--2,50%--2,50%
15--2,50%--2,50%
16--2,50%--2,50%
17--2,50%--2,50%
1815,00%-2,50%15,00%-2,50%
19--2,50%--2,50%
20--2,50%--2,50%
21--2,50%--2,50%
22--2,50%--2,50%
23--2,50%--2,50%
2415,00%2,00%2,50%15,00%2,50%2,50%



Müştərinin bütün əmanətləri üzrə qalıq məbləğlərinin cəmi 500,000 ş.v.-i növbəti yerləşdiriləcək əmanət məbləğilə (yeni əmanət) keçəcəyi halda, həmin əmanət üzrə illik faiz dərəcəsi göstərilən faiz dərəcələrindən fərqli kimi təyin oluna bilər.

Hörmətli əmanətçilər!

Bildiririk ki, Dinamik əmanət məhsulu üzrə Sizinlə “Bank of Baku” ASC arasında bağlanmış müvafiq əmanət müqaviləsinə, müqavilənin şərtlərinə uyğun olaraq, 21.07.2015-ci il tarixindən etibarən Bank tərəfindən birtərəfli qaydada aşağıdakı dəyişiklik edilir:

«28.05.2015-ci il tarixinədək (qeyd edilən tarix daxil olmaqla) ABŞ dolları ilə qoyulmuş əmanətlərinizin məbləği müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və şərtlər daxilində artırılma müddətinin son gününədək cəmdə 04.06.2015-ci il tarixinə mövcud olan əmanət qalığının 50% həcmi qədər, lakin 20 000 ABŞ dollardan və eyni zamanda ay ərzində 1500 ABŞ dollardan artıq olmayan məbləğdə artırıla bilər.»

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio