Kredit kalkulyatoru

Məbləğ
Müddət
ay
Faiz dərəcəsi
%
Aylıq faiz dərəcəsi
2.666
%
Aylıq ödəniş
196.8
AZN
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Dövlət sosial ipotekası

Kreditin məbləği: mаks. 100000AZN
Müddət: min. 3 il - maks. 30 il
Faiz: illik 4%

İlkin ödəniş:       

 25%-dən başlayaraq
  
Daha ətraflı

Sərfəli şərtlər

Sürətli rəsmiləşdirmə

Minimal ilkin ödəniş

Kredit kalkulyatoru
Kredit şərtləri

Məbləğ

  • Mаks. 100000 AZN

Müddət

  • min. 3 il - maks. 30 il

İlkin ödəniş

  • 25%-dən başlayaraq

Faiz dərəcəsi

İllik 4%

Ödəniş növü

Aylıq annuitetlə

Komissiya

Kreditin rəsmiləşdirilməsinə görə 0.1%

Ərizəçiyə qarşı tələblər:

Borc alan

Azərbaycan Respublikası vətəndaşı

Yaş həddi

Kredit öhdəliyinin sonuncu ödəniş tarixinə qədər təqaüd yaşı tamam olmamalıdır

Ərizəçinin iş yeri

Bakı şəhərində yerləşən sabit maliyyə durumu olan özəl/dövlət müəssisələri

Ərizəçinin son iş yerində stajı

min. 6 ay (ümumi iş stajı min. 12 ay)



İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:


Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
  • Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  • Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).
Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

İpoteka kreditinin verilməsi (müraciətə baxılması) üçün tələb edilən sənədlər:

  • Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti (notarial qaydada təsdiqlənməlidir).
  • Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin notarial qaydada təsdiqlənmiş surəti). 2 nüsxə
Qeyd: Borcalan (birgə borcalan) subay və ya boşanmış olduqda - subaylığı təsdiq edən VVADQ-dan arayış (Forma 14-ümumrespublika üzrə araşdırılmış) və həmin sənədin notarial qaydada təsdiqlənmiş surəti (2 nüsxə). Borcalan (birgə borcalan) boşanmış olduqda əlavə olaraq məhkəmə qərarının notarial qaydada təsdiqlənmiş surəti. 2 nüsxə
  • Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin notarial qaydada təsdiqlənmiş surəti)
  • Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin notarial qaydada təsdiqlənmiş surəti)
  • Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.
  • Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s. əmək haqqı kartı hesabından çıxarış)
  • Borcalanın (birgə borcalanın) DSMF kartın surəti. DSMF ödənişləri barədə çıxarış (tələb olunduqda).
  • Borcalanın (birgə borcalanın) digər bankda və ya kredit təşkilatında cari kredit borcu olduqda həmin kreditə aid olan kredit müqaviləsinin, cədvəlin və ödənişlərini təsdiq edən sənədlərin surəti.
  • Alınan mənzilin “Çıxarış” –ın notarial qaydada təsdiqlənmiş surəti, və satıcın şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti
  • Alınan mənzil yeni tikili olduqda:
a) Tikinti şirkətinə binanın tikilməsi üçün verilən icazənin notarial qaydada təsdiqlənmiş sürəti (icazə Bakı Şəhər Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyi tərəfindən verilir)
b) Mənzilin planı
c) İpoteka qoyulan yaşayış sahəsinin “Çıxarış” notarial qaydada təsdiqlənmiş surəti (Qeyd: İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd “Qeydiyyat vəsiqəsi” olduqda mütləq yeni “Çıxarış” la təzələnməlidir).
d) İpoteka qoyulan mənzil sahibinin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti.

İpotekanın rəsmiləşdirilməsi üçün tələb edilən sənədlər:

  • İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda). 
  • İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd Forma 1 (30 gün müddətində etibarlıdır). 
  • İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış Forma 2 (6 ay ərzində etibarlıdır). 
  • İpoteka predmetinin sahibinin nigahın bağlanması (və ya boşanma) haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. 2 nüsxə
  • İpoteka qoyulan yaşayış sahəsi sahibinin, həyat yoldaşının və həmin mənzildə qeydiyyatda olanların (yetkinlik yaşına çatmış) şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiqlənmiş surətləri. 
Qeyd: İpoteka qoyulan mənzilin sahibi subay və ya boşanmış olduqda - subaylığı təsdiq edən VVADQ-dan arayış (Forma 14) və həmin sənədin notarial qaydada təsdiqlənmiş surəti.
  • İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair Borcalanın ərin/arvadın, Satıcınn ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti. 
  • İpoteka predmetinin qiymətləndirmə aktı.
  • İpotela predmetinin sığortalanmasını və borcalanın (birgə borcalanın) həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.
  • Alınan mənzil yeni tikili olduqda əlavə olaraq:
a) Tikinti şirkəti ilə bağlanmış müqavilənin əsli
b) Tikinti şirkətinə ödənilmiş vəsaitlər dair qəbzlər (və ya maliyyə arayışı).
c) Tikinti şirkəti tərəfindən mənzilin dəyərinin tam ödənilməsi haqda maliyyə arayışı (ipoteka müqaviləsi bağlandıqdan sonra).

İpotekanın rəsmiləşdirilməsindən sonra təqdim edilən sənədlər:

  • İpoteka müqaviləsinin (Qarışıq müqavilə) dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.
  • İpoteka kağızın QKDK qeydiyyatdan keçməsini və əlavə qeydiyyatdan keçməsini təsdiqləyən sənədlər.

BORCALAN GÜZƏŞTLİ KATEQORİYAYA AİD OLDUQDA ƏLAVƏ OLARAQ TƏQDİM OLUNMALI SƏNƏDLƏR

  • Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.
Kredit üçün ilkin müraciət
Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio